Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Macarıstanda ABŞ Prezidenti Donald Trampla görüşünə gedən təyyarəsi üçün hava dəhlizi təmin etməyə hazır olduğunu açıqlayıb.
Yenifikir.media xəbər verir ki,Bolqarıstanın Xarici İşlər Naziri Georg Georgiev bildirib ki, sülh üçün səylər göstərildikdə belə addımlar məntiqlidir. Nazir həmçinin əlavə edib ki, görüşdə iştirak edəcək tərəflərdən biri ora gələ bilməsə, görüş baş tutmayacaq.
Xatırladaq ki, 16 oktyabrda Tramp və Putin telefon danışığında tezliklə Budapeştdə görüşmək barədə razılığa gəliblər. Rusiya tərəfi görüşün hazırlanmasına dərhal başlanacağını açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

