Türkiyə və Azərbaycan yazarlarının birgə ərsəyə gətirdikləri “Bir şəhid, bir hekayə, bir şeir” kitabının IV cildinin təqdimat mərasimi keçirilib.
İdeya rəhbəri Harun Yıldırım olan bu layihənin bütünlüklə Azərbaycan şəhidlərinə həsr edilən IV cildində 26 azərbaycanlı və 33 türk yazar 62 şəhidin həyat hekayəsini və şeirini yazıb. Layihənin-Azərbaycan üzrə təşkilatçıları İlhamə Müslümova və Namiq Müslümovdur.
Kitabda dəyərli yazar Xalidə Nurayın şəhid mayor Vüsal Vəliyev haqqında bir şeir və bir hekayəsi də yer alıb. Bədii qiraət ustası Anar Atakishi Xalidə xanımın şəhid mayor Vüsal Vəliyevə həsr etdiyi şeiri tədbirdə səsləndirərək tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhid ailələrinin, qazilərin, mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların iştirak etdiyi “Bir şəhid, bir hekayə, bir şeir” kitabının təqdimat mərasimində vətənpərvərlik ruhunda mahnılar ifa edilib, şeirlər səsləndirilib.
Kitabda əməyi keçən hər kəsə şəhid mayor Vüsal Vəliyevin ailəsi adından təşəkkür edirik.
Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal, Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu



© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

