Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 17–19 noyabrda Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) açılıb. Tədbirdə dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və təhsil mütəxəssisləri iştirak ediblər.

 

Açılışda layihə rəhbəri İqrar Nəzərov “STEAM Azərbaycan”ın 300 mindən çox şagirdi və 400-dən artıq məktəbi əhatə etdiyini, ölkə üzrə 21 STEAM mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Nazir Emin Əmrullayev isə son 5 ildə STEAM təhsilinin sürətlə inkişaf etdiyini və 2027–2030-cu illərdə təhsil sistemində aparıcı məzmun olacaqını vurğulayıb.

 

Festivalda 20-dən çox ölkədən minlərlə iştirakçı 18 kateqoriya üzrə — robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları və digər sahələr üzrə mübarizə aparır. SAF 2025 noyabrın 19-dək davam edəcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir