Böyük Zəfərin Beş illik tarixinə .
Beş ildir
Beş ildir, arzumun ünvanı bitmir,
Beş ildir, murada çatmışam, Allah.
Beş ildir, azaddır anam Qarabağ,
Beş ildir, adam tək yatmışam, Allah.
Dağlar gözoxşardı, dağlar tamaşa,
Bələnir baharda ala, qumaşa.
Beş ildir vətənlə verib baş-başa,
Beş ildir kədəri atmışam, Allah.
Beş ildir, silmişəm “köçgün” sözünü,
Beş ildir, üfürüb dam-daş közünü.
Beş ildir, axtarıb tapıb özümü,
Beş ildir, cərgəyə qatmışam Allah.
Beş ildir, bütövəm Azərbaycanam,
Beş ildir, bir olmuş, böyük Turanam.
Beş ildir, Xankənddə xan oğlu xanam,
Düşmənin gözünə batmışam, Allah .
Vüqar Şirinoğlu
07.11.2025
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

