Berlində minlərlə insan kansler Fridrix Mersin miqrantlarla bağlı “Şəhər mənzərəsində hələ də problem var” sözlərinə etiraz edib.
Etirazçılar Brandenburq qapısı önündə toplaşaraq telefon və alışqan işıqları ilə “işıq dənizi” yaradıb, irqçiliyə qarşı həmrəylik nümayiş etdiriblər.
Çıxış edənlər Mersi sağçı AfD partiyasından uzaq durmamaqda günahlandırıblar. Bir iştirakçı isə “Atam kürddür, şəhər mənzərəsindəki problem mənəmmi?” deyə etirazını bildirib.
Aksiyanı “Valideynlər sağçılara qarşı” və “Əl-ələ” kimi təşkilatlar keçirib. Onlar Mersə səslənərək, “Sən şəhər mənzərəsi istəyirsən, buyur, işıqlı şəhər mənzərəsi” mesajını veriblər.
Təşkilatçılar 5 min nəfərin qatıldığını bildirsə də, polis bu sayın 1800 olduğunu açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

