Səudiyyə Ərəbistanının “Al İttihad” klubunda çıxış edən Karim Benzema mövsüm sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı məlumata aydınlıq gətirib. Fransız hücumçu hazırda Səudiyyə Ərəbistanında özünü rahat hiss etdiyini, həm klubda, həm də ölkədə hər şeydən razı olduğunu bildirib.
Yenifikir.media bildirir ki,Benzema müsahibəsində bildirib ki:
“Burada mühit çox yaxşıdır. Müqaviləm bitmək üzrədir, amma davam edəcəyəm, ya yox – hələ dəqiq bilmirəm. Qərar bir neçə amildən asılı olacaq.”
Qeyd edək ki,38 yaşlı hücumçu Avropadan da təkliflər aldığını təsdiqləyib:
“Bəli, Avropadan təkliflər gəlib. Hamısını nəzərdən keçirəcəyəm. Özümü yaxşı hiss edirəm və ən azı iki il daha oynamaq niyyətindəyəm.”
Benzemanın gələcək qərarı isə mövsüm sonunda məlum olacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

