Belarusiya Slovakiyada yerləşən səfirliyini yenidən açmaq barədə qərar qəbul edib. Bu barədə Belarus hökumətinin rəsmi Telegram-kanalında məlumat verilib.
Yenifikir.media-nın məlumatına görə məlumatda bildirilir ki, müvafiq qərarı baş nazir imzalayıb.”
Bəyanatda qeyd olunur ki, səfirliyin fəaliyyətinin bərpası ölkələr arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Səfirliyin açılması 1 sentyabr 2026-cı ilədək planlaşdırılır.
Qeyd edək ki, Belarus hökuməti 2023-cü ildə Slovakiyadakı səfirliyi bağlamaq qərarı vermişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

