Xəbər verdiyimiz kimi İtaliyada Baş nazir Giorgia Meloni, bacısı Arianna Meloni və digər qadınların təhrif olunmuş fotolarını yayımlayan “Phica” saytı bağlanıb. Roma Prokurorluğu 700 mindən çox istifadəçisi olan platforma və idarəçiləri barədə cinayət işi açıb.
Meloni hadisəni “iyrənc” adlandıraraq məsul şəxslərin cəzalandırılmasını tələb edib. Hökumət bu cür saytların qarşısını almaq üçün yeni qanuni tədbirlər hazırlayır.
Qeyd edək ki, ötən həftə də Facebook-da qadınların şəxsi fotolarının paylaşıldığı “Mia Moglie” qrupu bağlanmışdı.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin