Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 11-də Türkmənistana işgüzar səfər edib. Aşqabad Beynəlxalq Aeroportunda onu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıb.Səfər çərçivəsində Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov salam və təbriklərə görə minnətdarlığını bildirib və öz salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Görüşdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Aşqabaddakı səfər zamanı Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb. O, Prezident İlham Əliyevin salamlarını gürcü həmkarına çatdırıb. Kobaxidze salamları məmnuniyyətlə qəbul edərək öz salamlarını Azərbaycan Prezidentinə ilətməyi xahiş edib.

Tərəflər Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının enerji, nəqliyyat, tranzit, ticarət-iqtisadi və digər sahələrdə dinamik inkişaf etdiyini vurğulayıblar. Görüşdə iki ölkə arasında aktual əməkdaşlıq məsələləri müzakirə olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir