Avropa Şurasının Baş katibi Alen Berse Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb.
Bu barədə o, Ermənistanın Baş naziri Nikol Paşinyanla Strasburqda keçirdiyi görüşdə bildirib.
Baş katib sülhün bərqərar olması ilə Cənubi Qafqazda yaranmış yeni reallığın regionda inkişaf üçün geniş imkanlar açacağına ümid etdiyini bildirib.
Tərəflər Ermənistan-Avropa Şurası əməkdaşlığını, ölkədə demokratik islahatlar prosesini də müzakirə ediblər.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin