ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack, Prezident Donald Trump ilə Suriya lideri Əhməd Şaranın 10 noyabrda Ağ Evdə keçirdiyi görüşü “tarixi və məhsuldar” adlandırıb.

Yenifikir.media bildirir ki, Barrack X platformasında qeyd edib ki, görüş zamanı iki lider əməkdaşlığı gücləndirmək və Suriya xalqına “yenidən doğuş şansı vermək” barədə razılığa gəlib.

Səfir Şaranın DEAŞ-a qarşı beynəlxalq koalisiyaya qoşulmaq qərarını “Suriya üçün dönüş nöqtəsi” kimi dəyərləndirib və ABŞ Konqresinə Sezar sanksiyalarını ləğv etməyə çağırıb.

Trump–Şara görüşündən sonra Türkiyə, ABŞ və Suriya xarici işlər nazirləri arasında keçirilən toplantıda yeni “ABŞ–Türkiyə–Suriya çərçivəsi”nin əsasları müəyyənləşib.

Barrack bu çərçivənin SDQ-nin yeni Suriya strukturuna inteqrasiyasını, Türkiyə–Suriya–İsrail münasibətlərinin yenidən formalaşdırılmasını və bölgədə sülh prosesinin irəlilədilməsini hədəflədiyini bildirib.

Qeyd edək ki,səfir Türkiyənin “sakit, amma təsirli diplomatiyasını” da xüsusi vurğulayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir