15 sentyabr 1918-ci il tarixi — Azərbaycan və Türkiyənin siyasi həyatında ən şərəfli səhifələrdən biridir.

Həmin gün Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak və xarici qüvvələrin işğalından azad etdi.

Bu, təkcə bir şəhərin qurtuluşu deyil ; bütün Cənubi Qafqaz türklərinin milli mövcudiyyətinin təminatı idi.

Azərbaycan Xalq Cümhuriyyəti ordusuz və silahsız olduğu bir zamanda — Osmanlı Türk dövləti özünün düşdüyü ağır şəraitə baxmayaraq ; Azərbaycana qardaş yardımı əlini uzatdı. Qafqaz İslam Ordusu Gəncə, Kürdəmir, Şamaxı və digər bölgələrdə qanlı döyüşlərdən keçərək ; Bakıya qədər irəlilədi. Minlərlə türk və azərbaycanlı igid şəhidlik zirvəsinə ucalaraq — çox vacib tarixi qələbəni qazandı.

Bakının azad edilməsi –həm Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi; həm də regionda tarixi ədalətin bərqərar olması baxımından dönüş nöqtəsi oldu. 

Qurban gedənlərin qanı ilə yazılan bu qələbə — Anadolu ilə Qafqaz arasındakı sarsılmaz qardaşlıq körpüsünü daha da möhkəmləndirdi.

15 Sentyabr – təkcə Bakının qurtuluşu günü deyil ; həm də Anadolu və Qafqaz türklərinin qardaşlığının təcəssümü tarixidir.

15 sentyabr günü XX əsrin əvvəlində işğalçılara qarşı qələbəni təmin etdi ; müasir dövrdə isə regionun sabahına ümid və güc verir.

1918-ci il hadisələrinin bu gün üçün də geosiyasi əhəmiyyəti olduqca böyükdür.

Çünki , 107 il əvvəl Bakının azadlığı yalnız Azərbaycan üçün deyil ; bütövlükdə türk dünyası üçün strateji təhlükənin qarşısını aldı.

O zaman Qafqaz üzərində nəzarəti ələ keçirmək istəyən böyük güclər (Rusiya, İngiltərə, Fransa və digərləri) bölgəni öz maraqlarına tabe etdirmək niyyətində idilər. Qafqaz İslam Ordusunun qələbəsi ; bu planların həyata keçməsini dayandırdı.

Yaşadığımız indiki dövrdə də oxşar tendensiyalar mövcuddur.

Hazırda Qafqaz və Orta Asiya coğrafiyası — enerji resursları, geostrateji mövqeyi və nəqliyyat dəhlizləri ilə yenidən qlobal rəqabətin mərkəzinə çevrilib. 

Mövcud geosiyasi şəraitdə Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı : “bir millət, iki dövlət” konsepsiyası — təkcə tarixi yaddaş deyil ; həm də müasir geopolitikanın təməl sütunlarından biridir.

15 Sentyabr dərsi bizə öyrətdi ki : qardaş türk xalqlarının birliyi ; müstəqilliyimizin qarantıdır. 

 Bu hadisə göstərdi ki : Anadolu və Qafqaz türkləri bir amal uğrunda çiyin-çiyinə dayananda ; böyük güclərin ssenariləri puç olur. Məhz bu səbəbdən, 15 sentyabr 1918-ci il tarixi — XXI əsrdə də türk dövlətlərinə yol göstərən strateji örnəkdir.

Qəvami Sadıqbəyli.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir