Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında xüsusi bayram tədbiri təşkil olunub.
Tədbirdə Abşeron, Nizami və Qaradağ rayonlarından hər biri 50 olmaqla, ümumilikdə 150 uşaq iştirak edib. Uşaqlar Zooloji Parkda gəzinti zamanı müxtəlif heyvan növləri ilə yaxından tanış olub, bələdçilər onların həyat tərzi, yaşayış mühiti və qidalanması barədə ətraflı məlumat veriblər.
Xüsusi olaraq bəzi heyvan və quşların təbiətə buraxılması prosesi nümayiş etdirilib və uşaqlara bu prosesin təbiətə uyğunlaşdırma məqsədi izah edilib. Vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı yer deyil, həm də fauna müxtəlifliyinin qorunması, nəsli kəsilməkdə olan növlərin artırılması və vəhşi təbiətə qaytarılması istiqamətində fəaliyyət göstərən mərkəzdir.
Maarifləndirici gəzinti uşaqlarda böyük maraq yaradıb, onların təbiətə və heyvanlara diqqətini artırıb və ekoloji düşüncənin formalaşmasına töhfə verib.
Tədbir uşaqlar üçün əyləncə proqramı və nahar ilə yekunlaşıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir