Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın növbəti iclası keçirilib. İclasda İqtisadiyyat Nazirliyi və Komissiyada təmsil olunan digər aidiyyəti qurumların üzvləri iştirak ediblər.İclasda çıxış edən Komissiya rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkə başçısı tərəfindən müəyyən edilmiş əsas hədəflərdən biri yeni çağırışların müşahidə olunduğu müasir dövrdə Azərbaycanın davamlı və dayanıqlı iqtisadi artımına nail olmaqdır. Bu kontekstdə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İclasda rəqabətqabiliyyətli yerli istehsalın inkişafı və ixrac potensialının genişləndirilməsi kimi istiqamətlər nəzərdən keçirilib, təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımlar qərarlaşdırılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir