Bakı KTM-in təşkilatçılığı, TİKA və Yunus Əmrə İnstitutunun iştirakı ilə Azərbaycan media nümayəndələri ilə görüş keçirildi.

23 avqust tarixində “Tarık Usta” restoranında baş tutan tədbirdə Azərbaycan mətbuat nümayəndələri ilə səmərəli görüş təşkil olunub. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, Egedeniz PR agentliyinin rəhbəri Serdar Keskin, Yunus Əmrə İnstitutunun nümayəndəsi Hüseyn bəy, TİKA Bakı nümayəndəliyinin rəhbəri Hayrettin Özçelik, Egedeniz PR agentliyinin Azərbaycan üzrə təmsilçisi Aynur Allazova, eləcə də ölkənin aparıcı media qurumlarından olan 20-yə yaxın jurnalist iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan–Türkiyə mədəni və turizm əlaqələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri və yeni əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. İki qardaş ölkə arasında informasiya və təbliğat sahəsində körpü rolunu oynayan azərbaycanlı jurnalistlərin fəaliyyətinə yüksək qiymət verilib, onların əməkdaşlığa verdiyi töhfələr üçün xüsusi minnətdarlıq ifadə olunub.

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir