Dekabrın 16-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin buraxdığı, AZ0201120042 ISIN kodlu dövlət istiqrazlarının ilkin yerləşdirilməsi məqsədilə hərrac təşkil olunub. Sözügedən qiymətli kağızların tədavül müddəti 1080 gün müəyyən edilib.Hərrac zamanı investorlar tərəfindən təqdim olunan rəqabətli sifarişlərin nominal dəyər üzrə ümumi həcmi 135,7 milyon manat təşkil edib.
Yerləşdirmənin nəticələrinə əsasən, Maliyyə Nazirliyi 78,7 milyon manat məbləğində dövlət istiqrazını qəbul edib. Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 102.1048 səviyyəsində formalaşıb ki, bu da 7,2485 faiz gəlirliliyə uyğun olub. Kəsmə qiyməti isə 100.9107, müvafi
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

