Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 23 yanvar 2026-cı il tarixində Şirvan şəhərində vətəndaşlarla görüşüb. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.
Görüş zamanı Şirvan və Hacıqabul sakinlərinin alimentin ödənilməsi, hüquqi yardım, övladın müalicəsi, ailədaxili münasibətlər və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Hər bir müraciət fərdi qaydada qiymətləndirilib, həlli üçün müvafiq tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir