Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 ili tamam olur. Mənim üçün bu yubiley sadəcə bir tarix deyil. Çünki bu 20 ilin 19 ili mənim ömrümdən keçib. Bu illər ərzində bu Nazirliyin içində olmuşam, məsuliyyətini daşımışam, yükünü hiss etmişəm. Ona görə də bu günü kənardan yox, içindən baxaraq qeyd edirəm.

Fövqəladə Hallar Nazirliyi bu illər ərzində təkcə fövqəladə hadisələr zamanı görünən qurum olmayıb. Bu Nazirlik faciə baş verməsin deyə çalışan bir sistem olub. Təhlükənin olmadığı günlərdə görünməyən, amma təhlükə yaranan kimi hamının ümidlə üz tutduğu ünvan məhz buradır.

Ölkə daxilində baş verən yanğınlar, sel və daşqınlar, torpaq sürüşmələri, texnogen qəzalar zamanı bu Nazirliyin necə məsuliyyət daşıdığını hamı bilir. Bir riskin vaxtında qiymətləndirilməsi, bir təhlükənin qarşısının alınması, bəlkə də, ən böyük xidmətdir. Çünki baş verməyən faciənin səsi olmur.

İnsanlar təhlükəyə düşdükdə, çarəsiz qaldıqda bir ünvanı xatırlayırlar. Fövqəladə Hallar Nazirliyi insanların ümid yerinə çevrilib. Bu etimad təsadüfən yaranmayıb. O, illərin zəhməti, intizamı və vicdanla görülən işin nəticəsidir.

Bu xidmət yalnız ölkə sərhədləri ilə məhdudlaşmayıb. Qardaş Türkiyədə baş vermiş genişmiqyaslı meşə yanğınları zamanı Azərbaycan dövləti dərhal köməyə çatdı. Alovun hər tərəfi bürüdüyü günlərdə mütəxəssislərimizin orada olması təkcə yardım yox, qardaşlıq borcu idi. Daha sonra Türkiyədə ağır zəlzələnin baş verdiyi günlərdə də eyni mövqe nümayiş olundu. O anlarda Fövqəladə Hallar Nazirliyi təkcə qurum kimi yox, insanların ümid yeri kimi xatırlandı.

Bu gün bu səviyyəyə çatmaq təsadüfi deyil. Fövqəladə Hallar Nazirliyinə göstərilən dövlət qayğısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə olan diqqəti bu yolun əsas dayağı olub. Bu diqqət məsuliyyəti daha da artırıb.

Bu yolun formalaşmasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında qurulan sistem, nizam-intizam və davamlılıq mühüm rol oynayıb. Bu gün FHN-in gücü illərlə görülən işin nəticəsidir.

Bu 20 illik yubiley münasibətilə Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edirəm. Ömrümün 19 ilini verdiyim bu yolun hər kəs üçün uğurlu və şərəfli davam etməsini arzulayıram.

Fövqəladə Hallar Nazirliyi mənim üçün sadəcə iş yeri olmayıb.
Bu, 19 ildir daşıdığım məsuliyyətdir.
Bu, səssiz xidmətin adıdır.

20 il ərzində qazanılan bu etimad yolunun davamlı olması arzusu ilə… Yubileyiniz mübarək!

Tural Qoca

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir