Müasir dövrdə cəmiyyətdə milli həmrəyliyin mövcudluğu dövlətin inkişafına, tərəqqisinə böyük təkan verir və strateji əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər hansı bir dövlətdə milli həmrəyliyin bərqərar olmasında bu ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların böyük rolu var. 
Əksər ölkələrdə siyasi partiyalardan cəmiyyətin parçalanmasına, ölkədə gərginlik yaratmaq üçün istifadə olunur. Bu qüvvələr hər vəchlə siyasi partiyaları öz təsirləri altına salmağa çalışırlar. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar dövlətimizin tərəqqisi, inkişafı, dünyada böyük nüfuz qazanması, vətəndaşlarımızın əmin-amanlıq, stabillik mühütində yaşamaları, xarici qüvvələrin müdaxiləsinin qarşısını almaq üçün milli həmrəylik nümayiş etdirməlidirlər. 
Bu gün dünyada gərgin geo- siyasi vəziyyət hökm sürür. Hələ də elə dövlətlər və qüvvələr vardır ki, öz maraqları naminə başqa dövlətlərdə daxili parçalanmaya, sosial-siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. Əvvəllər olduğu kimi müasir dövrdə də bu qüvvələr daxildəki siyasi partiyalardan istifadə etməyə çalışırlar. 
Ölkəmizdə siyasi partiyaların normal fəaliyyət göstərmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Sosial şəbəkələr, internet kanalları vasitəsilə siyasi partiyalar öz təbliğatını apara bilir, ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirirlər. Bu da ölkəmizdə demokratik münasibətlərin yüksək səviyyəsindən xəbər verir və iqtidarın təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitidir. Ölkəmizdə milli həmrəyliyin bu qədər yüksək səviyyədə olmasının, siyasi dialoq ənənəsinin yaradılmasının müəllifi Prezident cənab İlham Əliyev olmuşdur. Məhz ölkə başçımızın siyasi partiyalara göstərdiyi bu demokratik yanaşmanın nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i parlament seçkilərində iştirak etmişdir və bu gün  parlamentimizdə 11 siyasi partiyaların nümayəndələri təmsil olunur. 
Təəssüfki ölkəmizdəki siyasi radikallar Prezidentimizin təşviq etdiyi demokratik mühitdən, siyasi dialoqdan yararlanmaq əvəzinə dövlətimizə, xalqımıza qarşı qarayaxma kampaniyası aparırlar. Prezident cənab İlham Əliyevin siyasi partiyalara yaratdığı şəraitin nəticəsidir ki, heç kəs tərəfindən tanınmayan bəzi siyasi partiyalar bu gün özlərinin mövcudluğunu tanıda biliblər. Son 5 ildə məhz ölkə başçımızın siyasi dialoqun, milli həmrəyliyin yaradılmasına xidmət edən səylərinin nəticəsidir ki, vaxtı ilə bir birinə düşmən olan siyasi partiyalar bir masa ətrafında əyləşir və bir çox məsələlərdə ümumi razılığa gəlirlər. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə bir neçə dəfə iqtidar partiyası və ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyaların görüşü təşkil olunmuşdur. Təşkil olunmuş bu görüşlər milli həmrəyliyin yaranmasına və ölkəmizin rifahına xidmət etməklə yanaşı beynəlxalq aləmdə Azərbaycanın siyasi nüfuzuna da böyük töhfə verir. 
Prezident cənab İlham Əliyev dəfələrlə öz çıxışında qeyd etdiyi kimi “müxalifət olmalıdır, bu normaldır, amma bir şey olmamalıdır – dövlətə, dövlətçiliyə müxalifətdə olmaq olmaz”.

Kamilə Əliyeva 
Bakı Dövlət Universitetinin 
kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir