Azərbaycan və Qətərin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Yenifikir.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Qətərə səfəri çərçivəsində bu ölkənin İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb. Görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.

“Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi kimi məsələləri müzakirə etdik”, deyə M.Cabbarov bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir