Dekabrın 20-də maliyyə naziri Sahil Babayev Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.S.Babayev Birgə Komissiyanın ikitərəfli əlaqələrin inkişafında rolunu vurğulayaraq, 2026-cı ilin martında keçiriləcək növbəti iclasın gündəliyində ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib. Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından istifadə etməyə dəvət olunub.Öz növbəsində, E.İbrahimoviç Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, siyasi dialoq və yüksək səviyyəli təmasların ikitərəfli münasibətləri dərinləşdirməkdə əhəmiyyətli rol oynadığını qeyd edib. O, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb.Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir