Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə İtaliyanın aparıcı elmi qurumlarından biri olan Kənd Təsərrüfatı Tədqiqatları və Kənd Təsərrüfatı İqtisadiyyatı Şurası (CREA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.Sənəd onlayn formatda keçirilən mərasimdə ATM-in direktoru Rəşad Hüseynov və CREA-nın prezidenti Andrea Rocchi tərəfindən imzalanıb.

Mərasimdə çıxış edən Rəşad Hüseynov Aqrar Tədqiqatlar Mərkəzinin aqrar siyasətin elmi əsaslandırılması və analitik bazanın formalaşdırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib. O, Mərkəzin aqrar elmi tədqiqatların aparılması və tədqiqatçıların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb və beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

ATM direktoru əməkdaşlığın birgə tədqiqat mövzularının müəyyənləşdirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də innovativ mühitin formalaşdırılması baxımından yeni imkanlar yaradacağını diqqətə çatdırıb.

CREA-nın prezidenti Andrea Rocchi isə rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, kənd yerlərinin inkişafı və sosial-iqtisadi sahələri əhatə edən fundamental tədqiqatlar apardığını bildirib.

Qeyd olunub ki, imzalanan Memorandum sosial rifahın yüksəldilməsinə və iqtisadi inkişafa töhfə verməyi hədəfləyir. Sənədə əsasən, növbəti üç il ərzində birgə iş planları hazırlanacaq, məlumat və tədqiqat materiallarının mübadiləsi aparılacaq, tədqiqatçıların mübadiləsi, birgə layihələr, təlim və təqaüd proqramları üzrə əməkdaşlıq həyata keçiriləcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir