Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanda Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarənin qəzaya uğraması ilə bağlı qardaş Türkiyəyə başsağlığı verib.
“Qardaş Türkiyəyə uçan təyyarənin Gürcüstan ərazisində qəzaya uğraması bizi dərindən kədərləndirdi. Türk xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı veririk,” – deyə XİN-in yaydığı baş sağlığında qeyd edilib.
Hadisə zamanı təyyarədə 20 hərbçinin olduğu bildirilir. Onlar 44 günlük müharibənin ildönümü münasibətilə Bakıda keçirilən hərbi paraddan sonra geri dönürdülər.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

