Prezident cənab İlham Əliyevin Slovakiyaya səfəri və səfər çərçivəsində bir sıra sahələri əhatə edən sənədlərin imzalanması bir daha göstərdi ki, Azərbaycan və Slovakiya dost ölkələr olmaqla yanaşı strateji tərəfdaş dövlətlərdir. Ötən il Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması iki dövlət arasında münasibətləri ən yüksək səviyyəyə çatdırmış oldu. Slovakiya Prezidentinin, Baş Nazirinin eləcə də, Milli Şura sədrinin Prezident cənab İlham Əliyevlə görüşməsi bu ölkənin Azərbaycanla ən yüksək səviyyədə münasibətlərin dərinləşməsinə böyük önəm verdiklərinin əyani nümunəsidir.
Azərbaycan Avropanın bir sıra dövlətləri ilə yanaşı Slovakiyanın da enerji təhlükəsizliyinə böyük töhfə verir. Artıq bir ildir ki, Azərbaycan qazı Slovakiyaya nəql olunur. Ölkəmiz Slovakiyanı ehtiyac olduğu həcmdə enerji ilə təmin etmə potensialına malikdir.
Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də keçirilən görüşlərin əsas mövzularından biri olmuşdur. İki dövlət birgə hərbi təyinatlı silahların istehsal olunması barədə işlər aparacaq. Slovakiya NATO-ya üzv dövlət olaraq silah istehsalı sahəsində böyük təcrübəyə malikdir. Ölkəmizdə də hərbi sənayenin inkişafı istiqamətində böyük işlər aparılır.
Slovakiya işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işlərində yaxından iştirak edir və Ağdamın Baş Qərvənd kəndində “Ağıllı kənd” inşa edir. Prezident cənab İlham Əliyev göstərdiyi dəstəyə görə Slovakiya liderinə təşəkkür etdi. Azərbaycanla Slovakiya arasında iqtisadi, humanitar, energetika, kənd təsərrüfatı sahələrində yeni əməkdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına xidmət edir. Slovakiya Avropada müstəqil xarici siyasət həyata keçirən az saylı dövlətlərdən biridir və bəzən müəyyən təzyiqlərlə üzləşir. Milli maraqlarını uca tutması ölkə rəhbərliyinə beynəlxalq aləmdə böyük hörmət gətirmişdi.
İqtisadi əlaqələrlə yanaşı Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr də möhkəm təməllər üzərində qurulmuşdur. Slovakiya hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləmişdir. Prezident cənab İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlığı, gələcəkdə yeni strateji modelin hədəflərini müəyyənləşdirdi.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir