Sinqapurun “GovInsider” təşkilatı tərəfindən hazırlanmış “GovMesh Horizons 2025” hesabatında Azərbaycan da yer alıb. Hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial sahədə rəqəmsallaşma və süni intellekt layihələri təqdim olunub.Xüsusilə “e-sosial” portalında vətəndaşlara xidmətin keyfiyyətini artıran “iDost” rəqəmsal köməkçi xidməti və əlillik təyinatı üzrə süni intellekt əsaslı alqoritmlər diqqətə çatdırılıb.
Hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland və Koreya daxil olmaqla ümumilikdə 11 ölkənin nailiyyətləri təqdim olunub. “GovMesh” təşəbbüsü rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları yaratmaq məqsədini daşıyır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir