Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu. Ən böyük beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası o vaxt Ermənistan qüvvələrinin bizim ərazidən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi, ancaq onlar kağız üzərində qaldı. Bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı əlavə edib ki, ATƏT, digər beynəlxalq təşkilatlar çoxsaylı qətnamələr, qərarlar qəbul etsə də heç biri reallaşmadı. O vaxta qədər ki, biz vəziyyəti öz əlimizə aldıq. Biz bunun öhdəsindən gələrək, ədaləti bərpa etdik, beynəlxalq hüquq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərqərar etdik. Ondan sonra biz sülhə nail olduq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir