Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Азербайджанская постмодернистская литература” (“Azərbaycan postmodern ədəbiyyatı”) adlı monoqrafiyası çapdan çıxıb. Müəllifin ümumilikdə altıncı, rus dilində isə ilk monoqrafiyası olan əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 7 noyabr 2024-cü il tarixli qərarına əsasən nəşr edilib.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında postmodernist poetikanın formalaşması və inkişafını əhatə edən əsər bu mövzuda aparılmış ilk sistemli monoqrafik tədqiqat hesab olunur. Kitabın ön sözünün müəllifi də akademik İsa Həbibbəylidir. Tədqiqat “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postmodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və “Nəticə” bölmələrindən ibarətdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

