Azərbaycanın Türkmənistan və digər Orta Asiya ölkələri ilə münasibətləri son illərdə həm siyasi, həm də iqtisadi sahələrdə əhəmiyyətli irəliləyiş mərhələsi keçib. Tarixi və coğrafi yaxınlıq, enerji resursları, nəqliyyat və ticarət imkanları bu əməkdaşlığın əsasını təşkil edir. Xüsusilə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi, qaz və neft layihələrinin reallaşdırılması, Zəngəzur dəhlizi və transkontinental nəqliyyat layihələri region ölkələri ilə əlaqələrin strateji əhəmiyyətini artırıb. Azərbaycanın uzaqgörən xarici siyasəti və regional əməkdaşlığa verdiyi önəm bu inkişaf prosesində əsas rol oynayıb.

Sabiq millət vəkili, professor Rüfət Quliyev mövzu ilə bağlı fikirlərini yenifikir.media ilə bölüşüb. O bildirib ki, təxminən 20 il əvvəl Azərbaycanın və Türkmənistanın münasibətləri o qədər də isti deyildi. Ən böyük problem Xəzər dənizinin bölgüsü məsələsi idi. Lakin cənab Prezidentin təşəbbüsü ilə üç-dörd il əvvəl saziş imzalanaraq Xəzər dənizinin xəritəsi tam aydınlaşdırıldı və Azərbaycanın payı təxminən 21 faiz olaraq müəyyənləndi.

Rüfət Quliyev qeyd edib ki,  İngiltərə mənbələrində oxumuşdum ki, Xəzərin dibində təxminən beş trilyon dollarlıq neft və qaz ehtiyatları mövcuddur. Bu resurslar beynəlxalq maraqlara səbəb olsa da, Azərbaycanın praqmatik və uzaqgörən siyasəti sayəsində saziş uğurla həyata keçirildi və ekspertlər tərəfindən müsbət qiymətləndirildi.

Sazişdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər dostluq müstəvisinə keçib. Son iki ildə bu əlaqələr daha da güclənib, hər iki prezidentin görüşləri və çoxtərəfli toplantılar əməkdaşlığın inkişafına töhfə verib. Azərbaycan Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində aktiv əlaqələr qurub.

Müharibədən sonra yaranan yeni regional konfiqurasiya ilə Azərbaycan Cənubi Qafqazın lideri kimi önəmli rol oynayır. Yarım milyard dollarlıq investisiya fondu yaradılıb və fondun artması üçün imkanlar mövcuddur. Azərbaycan beynəlxalq layihələrdə lider mövqeyini qoruyur, Qarabağın bərpası və iqtisadi inkişaf sahəsində regionda nümunə göstərir.

Azərbaycan həmçinin transkontinental nəqliyyat ölkəsinə çevrilib. Zəngəzur dəhlizi Avropa və Asiya arasında strateji əhəmiyyətli yeni nəqliyyat xətti yaradır, multimodal yük daşımaları həyata keçirilir və limanlarımız beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Qeyri-neft sektorunun inkişafı diqqətəlayiqdir və gələcəkdə bu sahə valyuta gəlirlərini neft-qaz ixracından da artıq artıracaq.

Ümumilikdə, Azərbaycan gələcəyə ümidlə baxır və siyasətin daha da dərinləşməsi, inkişafı, həmçinin digər Asiya ölkələri tərəfindən ciddi qiymətləndirilməsi gözlənilir. Bu siyasətin mərkəzində cənab Prezidentin uzaqgörən təşəbbüsləri durur.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir