İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb. Görüşdə ölkəmizdə əczaçılıq sənayesində inkişaf perspektivləri və həyata keçirilən layihələrin əhəmiyyəti müzakirə olunub.
Tərəflər birgə həyata keçirilən əczaçılıq zavodu layihəsinin cari vəziyyətini dəyərləndirib və gələcək planlar üzrə fikir mübadiləsi aparıblar. Görüşdə əməkdaşlıq istiqamətləri, istehsal potensialının artırılması, innovativ yanaşmaların tətbiqi və Azərbaycanda əczaçılıq sektorunun daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin inşası Pirallahı Sənaye Parkında davam edir. Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” və “SİA Pharmaceutical” MMC ilə birgə həyata keçirilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

