İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüş keçirib. Görüşdə enerji sektorunda aparılan genişmiqyaslı transformasiya prosesləri, xüsusən də bərpaolunan enerji sahəsindəki inkişaf istiqamətləri müzakirə olunub.
Tərəflər “Saipem”lə mövcud əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salıb və enerji, infrastruktur, eləcə də yaşıl keçid layihələri üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını dəyərləndiriblər. Görüşdə regionun böyük bərpaolunan enerji potensialının reallaşdırılması, innovativ həllərin tətbiqi və mövcud enerji resurslarından daha səmərəli istifadə məsələləri xüsusi vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb və tərəflər gələcək əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını bildiriblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

