İqtisadiyyat Nazirliyində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət, investisiya, mədənçilik, kənd təsərrüfatı və turizm sahələrində birgə fəaliyyət imkanları müzakirə olunub.
Nazir müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafına mühüm dəstək verir. Tərəflər əlaqələrin daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin ətraflı araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

