İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini Yanek Rozov ilə görüşüb.
Görüş zamanı iki ölkənin vergi orqanları arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər məlumat mübadiləsi, rəqəmsal həllərin tətbiqi, təlimlərin təşkili və beynəlxalq vergi standartlarına uyğunluğun gücləndirilməsi üzrə birgə fəaliyyət imkanlarını qiymətləndiriblər.
Orxan Nəzərli, DVX-in rəqəmsal vergi inzibatçılığı, data analitikası, risklərin idarə edilməsi və könüllü vergi ödənişi sahəsində təcrübə paylaşımına maraq göstərdiyini bildirib. Yanek Rozov isə əməkdaşlığın gələcəkdə daha da genişlənməsi və rəqəmsal vergi həlləri sahəsində ortaq layihələrin həyata keçirilməsi üçün potensial imkanların olduğunu vurğulayıb.
Görüşdə həmçinin vergi sistemində şəffaflıq, innovativ yanaşmalar və sürətli adaptasiyanın təmin edilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi yolları müzakirə olunub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

