Azərbaycan Prezidenti: “907-ci düzəliş”in ləğvi bizə qarşı ədalətsizliyin ləğvidir
“Bu mənfi yanaşmanın kuliminasiyası idi. Bu da Bayden Adminstrasiyası ilə bizim münasibətlərimizə çox mənfi təsir göstərdi. Bu Adminstrasiyanın sonuna qədər bizim münasibətlər eyni qaldı. Bizim münasibətlərimiz böhran içində idi. Ona görə də Trampın bugünkü jestinin bizim üçün böyük mənası var. Əlbəttə Azərbaycanın bu gün xarici yardıma, dəstəyə ehtiyacı yoxdur, bizim iqtisadiyyatımız sabitdir, bizim dövlətin xarici borcu ÜDM-nın 7%-dən də aşağı məbləğdədir. Ona görə də bu düzəlişin ləğvi bizim üçün simvolik xarakter daşıyır və bizə qarşı ədalətsizliyin ləğvi idi. Bu düzəliş artıq aradan qaldırılıb, ədalət bərpa olunub. Bu bizim üçün həm siyasi jestdir”.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin