Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.Yenifikir.media -ya bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.Bildirilib ki, sentyabrın 6-da açılış mərasimi keçirilən tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri yer alıb. Media, beyin mərkəzləri, dövlət qurumları, biznes sektoru və akademik müəssisələrin nümayəndələrini bir araya gətirən Forum sülh üzrə konsensusun qurulması, inkişafın təşviqedici amillərinin müəyyənləşdirilməsi, yeni əməkdaşlıq yollarının araşdırılması və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində dərin müzakirələrin aparılması üçün imkan yaradır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir