Bu ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 231,8 milyon manat təşkil edib.525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 3,2 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12 % çoxdur.

Kredit qoyuluşunun 21 milyard 023 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 11,4 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 449,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 13,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,6 %-ə yüksəlib.

İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7 milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir