Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirib. Səfər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsinin ziyarəti ilə başlayıb.

Tbilisidə keçirilən ikitərəfli və geniş tərkibli danışıqlarda Məcnun Məmmədov və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili aqrar sahədə əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.

David Sonqulaşvili iki ölkənin dostluq münasibətlərinə əsaslanan əməkdaşlığının bütün sahələrdə möhkəmləndiyini vurğulayıb. O, aqrar sahədə ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin təşviqi və Azərbaycanın rəqəmsallaşma, ağıllı kənd modeli, istixana təsərrüfatları üzrə təcrübəsinin öyrənilməsinin Gürcüstan üçün mühüm istiqamət olduğunu bildirib.

Nazir Məcnun Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyası, innovativ layihələr və son illərdə həyata keçirilən modernizasiya prosesləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında aqrar ticarətin artırılması, müasir texnologiyaların transferi, rəqəmsal həllərin tətbiqi, aqrar təhsil və elmi-tədqiqat əməkdaşlığı, kadr hazırlığı, ixracyönümlü məhsullar üzrə məlumat mübadiləsi, transsərhəd xəstəliklərə və zərərvericilərə qarşı birgə tədbirlər, o cümlədən qəhvəyi mərmər bağacığı ilə mübarizə kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Tərəflər həmçinin aqrar sahədə fəaliyyətlərin koordinasiyası üçün birgə İşçi Qrup yaradılması barədə razılığa gəliblər.

Görüş qarşılıqlı anlaşma və gələcək əməkdaşlıq üçün yeni imkanların müəyyənləşdirilməsi ilə yekunlaşıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir