Bu gün Azərbaycan televiziya və radiosunun yadda qalan səslərindən biri, Xalq artisti Eldost Bayram doğum gününü qeyd edir.
1947-ci il yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində dünyaya gələn Eldost Bayram əvvəlcə pedaqoji sahədə fəaliyyət göstərib, daha sonra isə taleyini efir məkanına bağlayıb. 1972-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində diktor kimi çalışmağa başlayan sənətkar illərdir tamaşaçı və dinləyicilərin etimadını qazanan simalardandır.

Peşəkar fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, “Respublikanın əməkdar artisti”, “Xalq artisti” fəxri adlarına, “Tərəqqi” medalına və Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Uzun illərdir efirdə dəyişməz səsi ilə tanınan Eldost Bayramı Yenifikir.media ad günü münasibətilə təbrik edir, ona sağlamlıq, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir