“Gələcəyə tərəf” devizi ilə keçirilən “Gələcəyin Peşələri” Sammiti əmək bazarında baş verən dəyişikliklər, yeni peşə və bacarıqlara artan tələblər və bu sahədə hazırlanma mexanizmlərinin gücləndirilməsi mövzularına həsr olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclis rəsmiləri, KOBİA rəhbərliyi, dövlət və özəl sektordan nümayəndələr, yerli və xarici mütəxəssislər iştirak ediblər.

Nazir Anar Əliyev çıxışında qeyd edib ki, sürətlə inkişaf edən süni intellekt və rəqəmsallaşma dünya əmək bazarını yenidən formalaşdırır. Onun sözlərinə görə, 2030-cu ilə qədər mövcud iş yerlərinin təxminən 22 faizi struktur dəyişikliklərinə məruz qalacaq. Nazir həmçinin vurğulayıb ki, insan kapitalının inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir.

Çıxış edən digər rəsmilər – Əli Əhmədov, Orxan Məmmədov və Musa Quliyev də yeni peşə bacarıqlarının öyrənilməsi, gənclərin hazırlığı və biznes mühitinin adaptasiya imkanları barədə fikirlər səsləndiriblər.

Sammit çərçivəsində “Gələcəyin bacarıqları”, “Peşələrin gələcəyi nə tələb edir?” və “Gələcəyin iş mühiti” mövzularında panel müzakirələri keçirilib. Rəqəmsal bacarıqlar, davamlı öyrənmə, yeni nəsil peşələr və əmək bazarına adaptasiya strategiyaları panelistlərin əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, sammit çərçivəsində ilk tədbir oktyabrın 30-da Naxçıvanda baş tutub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir