Qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur. Azərbaycan tarixin müəyyən dövrlərində güclü inkişaf yolu keçərək böyük torpaqlara sahib olub. Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır. XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, o vaxtki mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı və müstəqilliyini elan etdi. Lakin bu müdtəqil dövlətimizin də ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnaq- bolşevik quldurlarının və daxilimizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi.
AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu və Qafqaz İslam Ordusu ilə Bakı və ətraf ərazilər işğaldan azad edildi .
AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur. Bunun üçün Paris Sülh Konfransına Cənubi Qafqazda yeni bir müstəqil dövlətin qurulduğu barədə rəsmi məlumatlar göndərildi. Şərq xüsusiyyətlərini, xalqın milli mədəniyyətini, Avropanın demokratik dəyərlərini özündə birləşdirən bir dövlət quruldu. AXC xalqın milli şüurunu özünə qaytardı, Azərbaycan xalqının müstəqil, azad yaşamağa layiq bir xalq olduğunu nümayiş etdirdi.
1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında Parlamentdə Bakı şəhərində universitet açmaq barədə qərar qəbul edildi. Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiq olundu və fəaliyyətə başlaması ilə milli kadrların hazlrlanması istiqamətində mühüm addım atıldı. Universitetlə yanaşı digər ali və orta təhsil müəssisələrinin yaradılması uçun hazırlıqlar aparıldı.
AXC ədliyyə sahəsinə də xüsusi diqqət ayırırdı. Cümhuriyyətin yarandığı 28 may 1918-cı ildə ədliyyə Nazirliyi təsis edildi.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat qat çətindir”. Azərbaycan Xalq Cümhuriyyəti də bu müstəqilliyi qoruyub saxlaya bilmədi.
1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası AXC nin varisi olduğunu təsbit etmişdir. Azərbaycan XX əsrin ortalarında yenidən müstəqillik əldə etsə də ölkədə ağır vəziyyət hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz üzə qalmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi, digər tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqilliyimizi itirmək təhlükəsini yaratmışdır. Belə çətin bir vəziyyətdə xalqın haqlı tələbi və təkidi ilə ulu öndər hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün qətiyyətli tədbirlər gördü. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı oldu. Ümummilli lider Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması üçün ümummilli lider dəfələrlə ölümlə üz üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı.
Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi. Ümummilli lider Heydər Əliyev 1993- cü ildə Prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Dünyanın siyasi arenasında Heydər Əliyev şəxsiyyəti, sözü və siyasəti Azərbaycanın nüfuzunu artırdı. Xarici təzyiqlərə baxmayaraq ümummilli lider Heydər Əliyev bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdırdı. Regionda baş verən çətin geosiyasi vəziyyətə baxmayaraq Heydər Əliyevə olan etibar, bu dahi şəxsiyyətin qətiyyətinə inam nəticəsində xarici dövlət başçıları və nəhəng şirkətlər Azərbaycanla “Əsrin müqaviləsi” adlandırılan neft kontraktlarına imza atdılar.
Ümummilli Lider Heydər Əliyev dünya iqtisadiyyatını mükəmməl bilən bir şəxs idi. Heydər Əliyev iqtisadi strategiyasının nəticəsi olaraq xarici şirkətlər Azərbaycana sərmayə yatırmağa başladı. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyev izi olmasın. Sahibkarlığın inkişafına dəstəyin, sərbəst iqtisadi rəqabətin, iqtisadiyyatın modernləşməsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev bütün fəaliyyəti dövründə xalqına arxalanmışdır. Azərbaycan xalqı da bu dahi şəxsiyyətə və Azərbaycanı ən ağır vəziyyətdən Heydər Əliyevin çıxara biləcəyinə inanırdı.
Ümummilli Lider Heydər Əliyev dərin biliyə malik polad iradəli, fenomenal yaddaşa sahib, müdrik, qətiyyətli siyasətçi, xorezmatik bir şəxsiyyət idi.
Azərbaycan dövlətinin müstəqilliyinin əsası Naxçıvanda Heydər Əliyev tərəfindən qoyulmuşdur. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq edilmişdir. Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bu addımı ilə Heydər Əliyev öz dövlətinə və xalqına nə qədər bağlı olduğunu, bu yoldan dönməz olduğunu bur daha göstərdi.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Güclü Azərbaycan Ordusunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada və işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanır.
Bu gün Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Prezident cənab İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı Prezident cənab İlham Əliyevin müəllifi olduğu tolerant və multikultural dəyərlərə hörmət və qayğı bütün dünyaya bir nümunədir.
Prezident cənab İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır, hörmət və ehtiram göstərir. 2007-ci il 25 may tarixində Bakıda dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqbal Bəyannaməsinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev iştirak etmiş və ölkə başçısı tərəfindəm 2018-ci ilin ölkəmizdə “AXC ili” elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə göstərilən ehtiramdan xəbər verir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında ” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18 isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal dialoq mərkəzi və yeni geosiyasi reallıqların təqdimat platforması Şuşada keçirilən IV Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, qlobal gündəliyin mühüm məsələlərinin müzakirə olunduğu beynəlxalq platformaların təşəbbüskarı və təşkilatçısıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər təkcə media sahəsinə dair baxışları deyil, həm də Azərbaycanın xarici siyasət kursunu, regional əməkdaşlıq modelini, nəqliyyat və enerji strategiyasını, beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi və gələcək inkişaf prioritetlərini əhatə edən geniş siyasi konsepsiyanı ortaya qoydu. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumunun iştirakçı coğrafiyasının hər il genişlənməsi bu təşəbbüsə beynəlxalq marağın davamlı şəkildə artdığını göstərir. Bu il 53 ölkədən 160 nümayəndənin, 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun və 10 beynəlxalq təşkilatın Forumda iştirakı Azərbaycanın yaratdığı dialoq platformasına olan etimadın göstəricisidir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya gəlməsi isə Forumun artıq qlobal media ailəsinin mühüm görüş məkanına çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Forumun əsas məqsədi təkcə peşəkar fikir mübadiləsi aparmaq deyil, həm də dünyanın aparıcı media nümayəndələrinin Qarabağda aparılan bərpa və yenidənqurma prosesini öz gözləri ilə görməsinə şərait yaratmaqdır. Bu gün Şuşaya və Qarabağa gələn qonaqlar artıq dağıntıları deyil, yenidən qurulan şəhərləri, inşa olunan yaşayış məntəqələrini, doğma torpaqlarına qayıdan insanları müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinin ən təsirli təqdimatıdır. Forum zamanı dövlət başçısının toxunduğu əsas mövzulardan biri də Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi artan roluna həsr olundu. Prezident qeyd etdi ki, tranzit ölkəyə çevrilmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün güclü infrastruktur, etibarlı tərəfdaşlıq və qonşu dövlətlərlə sağlam münasibətlər vacib şərtdir. Azərbaycan son illərdə məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının ayrılmaz hissəsinə çevrilib. Bu strategiyanın nəticəsi kimi ölkənin nəqliyyat imkanları davamlı şəkildə genişləndirilir. Xəzər hövzəsinin ən böyük dəniz ticarət limanının yükötürmə qabiliyyətinin 25 milyon tona çatdırılması, gəmiqayırma zavodunda yeni gəmilərin tikilməsi, Orta Dəhlizin artan yük axınına uyğunlaşdırılması Azərbaycanın gələcək onilliklər üçün hesablanmış inkişaf modelindən xəbər verir. Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi proseslər fonunda Azərbaycanın təhlükəsiz və etibarlı logistika marşrutu kimi əhəmiyyətinin daha da yüksəlməsi dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri oldu. Prezident İlham Əliyev enerji diplomatiyasını da Azərbaycanın uğurlu xarici siyasət modelinin ayrılmaz hissəsi kimi qiymətləndirdi. Vaxtilə enerji layihələrinin həyata keçirilməsində nümayiş etdirilən çoxtərəfli əməkdaşlıq modeli bu gün nəqliyyat və logistika sahəsində də uğurla tətbiq edilir. Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də beynəlxalq yükdaşımaların sabitliyinə töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Forumun mühüm siyasi mesajlarından biri Azərbaycan-Türkiyə münasibətlərinə dair səsləndirildi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, iki ölkə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlıq və müttəfiqlik modelidir. Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər hüquqi müttəfiqlik səviyyəsinə yüksəlib və bu əməkdaşlıq yalnız iki dövlət üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi baxımından mühüm amildir. Dövlət başçısının ifadə etdiyi kimi, Türkiyə və Azərbaycan bir yerdə olduqda daha güclüdür və bu model digər ölkələr üçün də nümunə təşkil edir. Prezident çıxışında Azərbaycanın Avropa institutları ilə münasibətlərinə də geniş yer ayırdı. O, Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə yaranmış problemlərin səbəblərini diqqətə çatdıraraq, bəzi siyasi dairələrin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli yanaşmaları tənqid etdi. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarı olduğunu bir daha bəyan etdi. Çıxışın diqqətçəkən hissələrindən biri də Azərbaycanın artıq “orta güc” kimi qiymətləndirilməsi məsələsinə həsr olundu. Prezident İlham Əliyevin fikrincə, bu status yalnız iqtisadi və ya hərbi göstəricilərlə müəyyən olunmur. Milli maraqları müstəqil şəkildə müdafiə etmək bacarığı, təhlükələrə qarşı müqavimət göstərmək, regional və beynəlxalq proseslərə təsir imkanları, məsuliyyətli siyasət yürütmək və etibarlı tərəfdaş olmaq müasir dövrdə orta güc statusunun əsas meyarlarıdır. Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi iradə, iqtisadi dayanıqlıq, hərbi güc və diplomatik fəallıq bu meyarlara tam uyğun gəlir. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, müdafiə qabiliyyəti yalnız hərbi paradlarda nümayiş etdirilən texnika ilə deyil, real döyüş meydanında sübut olunmuş güclə ölçülür. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin həm hərbi potensialını, həm də siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun, media əməkdaşlığının və geosiyasi müzakirələrin nüfuzlu mərkəzlərindən birinə çevrilib. Burada səsləndirilən fikirlər təkcə cari hadisələrin qiymətləndirilməsi deyil, həm də gələcək beynəlxalq əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm mesajlar kimi diqqət çəkir. Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın müasir inkişaf modelinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Güclü dövlət, müstəqil xarici siyasət, etibarlı tərəfdaşlıq, regional əməkdaşlıq, nəqliyyat və enerji təhlükəsizliyi, media diplomatiyası və milli maraqların qətiyyətlə qorunması bu siyasətin əsas sütunlarını təşkil edir. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, regional liderlik mövqeyini möhkəmləndirdiyini və qlobal proseslərdə söz sahibi olan dövlət kimi rolunu daha da gücləndirdiyini bir daha təsdiqlədi. Samirə Hüseynova Adəm qızı