İqtisadiyyat naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatları dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında görüş keçirib.Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi önəmli məsələ kimi vurğulanıb və iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial olduğu bildirilib.Tərəflər enerji və biznes sahəsində strateji əməkdaşlıq imkanlarını müzakirə edib, həmçinin Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və birgə fəaliyyətin şaxələndirilməsi məsələlərinə toxunublar.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

