Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin, əsasən sənaye, əczaçılıq, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
Bu barədə müzakirələr iqtisadiyyat nazirin birinci müavini Elnur Əliyevin Belarusun sənaye nazirinin müavini Denis Bakeylə keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi vurğulanıb, iqtisadi əlaqələrin perspektiv istiqamətləri barədə müzakirə aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

