Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

Bu barədə DİN-dən məlumat verilib.

T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir