Türkiyənin Bolu şəhərinin Göynük rayonunda avtomobil ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər həyatını itirib.
Məlumata görə, Göynükə bağlı Dedeler kəndi ərazisində hərəkətdə olan 45 yaşlı sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn yük maşını ilə naməlum səbəbdən toqquşub.
Hadisəni görən digər sürücülər 112 Təcili Yardım Mərkəzinə məlumat verib, hadisə yerinə səhiyyə, polis və yanğın-xilasetmə briqadaları göndərilib.
Yanğın və səhiyyə komandaları avtomobildən çıxarılan sürücü ağır vəziyyətdə Göynük Dövlət Xəstəxanasına aparılıb və orada ölüb.
Yük maşını sürücüsü isə hadisədən zərərsiz çıxıb. Hadisə ilə bağlı araşdırma başlanıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin