Rusiya ordusunun Kiyevə gecə hücumu zamanı Avropa Birliyi Nümayəndəliyi ofisinin 50 metrliyinə iki raket düşüb. Avropa Birliyi Komissiyası Prezidenti Ursula von der Leyen hücumu “Putinin hədəfində Avropa var” sözləri ilə qiymətləndirib. O, hücumun iyuldan bəri paytaxta edilən ən ölümcül İHA və raket hücumu olduğunu və delegasiyaya yönəldiyini vurğulayıb.
Von der Leyen Rusiya ilə bağlı sanksiyaların sərtləşdiriləcəyini, 19-cu paketinin yaxın günlərdə açıqlanacağını və dondurulmuş rus aktivlərinin Ukraynanın müdafiəsi və bərpası üçün istifadə ediləcəyini bildirib. O, həmçinin Ukraynaya dəstəyini bir daha təsdiqləyib və AB Delegasiyası əməkdaşlarını təşəkkür edib.
Rusiya tərəfinin verdiyi açıqlamada bildirilir ki,: Kinjal hipersonik raketlər və yüksək dəqiqlikli silahlarla hərbi sənaye müəssisələri və hava bazaları vurulub. Hücumda 3-ü uşaq olmaqla 14 nəfər həlak olub, onlarla insan yaralanıb. Donbasda strateji ərazilərin ələ keçirildiyi bildirilib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin