Avropa İttifaqına üzv ölkələr, 800 milyard avroluq “Avropanın yenidən silahlandırılması” proqramını təsdiqləyib.
Yenifikir.medoa bildirir ki, proqramın məqsədi müdafiə xərclərini artırmaq və Avropanın təhlükəsizliyini gücləndirməkdir. Aİ Şurası bildirib ki, Avropa Parlamenti ilə danışıqlar aparılacaq və razılaşma 2025-ci ilin sonuna qədər yekunlaşacaq.
Danimarkanın Aİ naziri Mari Byerre vurğulayıb: “Bu addım Avropanın müdafiə sənayesini və texnoloji gücünü artıracaq, 2030-a qədər müdafiə hazırlığımızı möhkəmləndirəcək.”
Aİ Komissiyasının martda təqdim etdiyi proqram üzv ölkələrə müdafiə xərclərində daha çox sərbəstlik və maliyyə dəstəyi verir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin