Bankomatlarda sağ üst küncdə yerləşən sarı silmə düyməsi yalnız səhvləri düzəltmək üçün deyil, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün də vacibdir. Səhv daxil edilmiş şifrə, məbləğ və ya IBAN kimi məlumatları düzəltməyə imkan verən bu düymə, əməliyyatları ləğv etmədən sadəcə səhv rəqəmi silərək prosesi daha təhlükəsiz edir. Yenifikir.media bildirir ki,təhlükəsizlik mütəxəssislərinin fikrincə bu, başqalarının şifrəni görərək oğurlamasına qarşı əlavə qoruma yaradır. Dizayn mütəxəssisləri sarı rəngin diqqəti çəkmək üçün seçildiyini və görmə əngəli olan şəxslər üçün də əlçatan olduğunu vurğulayır. Banklar isə sarı düymənin istifadəsinin əməliyyatları sürətləndirdiyini və istifadəçi məmnuniyyətini artırdığını qeyd edir.Beləliklə, gündəlik istifadədə çox diqqət çəkməsə də, ATM-lərin sarı silmə düyməsi həm rahatlığı, həm də təhlükəsizliyi artıran vacib detal olaraq qalır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir