Son günlər sosial şəbəkələrdə bloger Ata Abdullayevin qəbul olunmuş amnistiya aktına düşməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bununla bağlı Ata Abdullayevin vəkili Telman Abdıyev Yenifikir.media-ya açıqlama verib.Vəkil bildirib ki, Möhtərəm Prezidentin böyük humanist addımından irəli gələn təşəbbüsü ilə amnistiya aktı qəbul olunub. Lakin Ata Abdullayev bu amnistiya aktına şamil edilməyib. Bu baxımdan sosial şəbəkələrdə Ata Abdullayevlə bağlı yayılan məlumatların hamısı dezinformasiyadır və bu məlumatlar həqiqəti əks etdirmir. Hansı əsaslarla və hansı səbəblərdən bu cür məlumatların yayıldığı məlum deyil.
Telman Abdıyev qəbul edilən amnistiya aktı ilə bağlı möhtərəm cənab Prezidentə təşəkkür edib. O bildirib ki, böyük humanist addım atılaraq genişmiqyaslı bir amnistiya aktı qəbul olunub və bu amnistiya təxminən 20 min məhkumu əhatə edəcək. Bu hadisə respublika üçün olduqca mühüm və əhəmiyyətli hesab olunur.

Vəkil açıqlamasında vurğulayıb ki, Ata Abdullayevin gələcəkdə cəza müddətinin başa çatması və ya əfv olunması yolu ilə azadlığa çıxacağı təqdirdə, bu barədə ictimaiyyətə rəsmi və geniş məlumat veriləcək. O, həmçinin qeyd edib ki, Azərbaycan hüquqi və ədalətli dövlətdir və ümid edilir ki, Ata Abdullayev də gələcəkdə qanunvericiliyin tələblərinə uyğun şəkildə azadlığına qovuşacaq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir