Ata Abdullayev azadlığa çıxır – TƏSDİQLƏNDİ
Sosial şəbəkələrdə bloger Ata Abdullayevin də amnistiyaya düşdüyü barədə məlumat yayılıb. Hətta onun artıq azadlığa çıxıdığı da iddia olunub.Hüquq müdafiəçisi Novella Cəfəroğlu modern.az-a bildirib ki, Ata Abdullayevin amnistiyaya düşməsi gözlənilir.Onun sözlərinə görə, A.Abdullayevin məhkum olunduğu maddə amnistiya aktının şərtlərinə uyğundur.17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ata Abdullayev 2021-ci ilin martında həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

