Çində güclü təbii fəlakətə görə ikinci dərəcəli fövqəladə hazırlıq elan olunub. Cənubi Çinə yaxınlaşan “Ragasa” adlı güclü qasırğa səbəbindən hökumət təhlükəsizlik tədbirlərini gücləndirib. Məqsəd mümkün dağıntıların qarşısını almaqdır. Filippinlərdə isə təhlükəli ərazilərdən artıq 10 mindən çox insan təxliyə edilib. Qasırğanın sahil bölgələrinə güclü ziyan vuracağı gözlənilir.
Yenifikir media bildirir ki,bundan əvvəl Pakistanın Pəncab vilayətində baş verən böyük daşqın 97 nəfərin ölümünə səbəb olub. Təxminən 2,4 milyon insan köçürülüb, 4,5 mindən çox kənd su altında qalıb. 1,9 milyon baş mal-qara da təhlükəsiz ərazilərə aparılıb. İşıq və rabitənin kəsildiyi bölgələrə ərzaq və dərman dronlarla çatdırılır.
Almaniyanın Drognitz kəndində isə güclü ildırım nəticəsində yanğın başlayıb. Alov kəndin mərkəzini demək olar ki, tamamilə məhv edib. Gecə qəfil başlayan qasırğa evlərə və təsərrüfat tikililərinə yayılıb. Nəticədə üç ev, bir neçə yardımçı bina, fermalar və anbarlar yanaraq külə dönüb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin