Görkəmli el sənətkarı Aşıq Alının yaradıcılığını əhatə edən “Nə qaldı” kitabı “Qanun” nəşriyyatında ikinci dəfə nəşr edilib.Yeni nəşr əvvəlki – 2020-ci il variantı ilə müqayisədə xeyli zənginləşdirilib. Müxtəlif mənbələrdən toplanmış 1 müxəmməs, 4 təcnis, 1 cinas gəraylı və 3 qoşma kitabın mətninə daxil edilib. Bununla da el arasında “təcnis Alı” kimi tanınan ustad aşığın irsi 309 şeir nümunəsi ilə təmsil olunub.İlham Qəhrəman yenifikir.media-ya açıqlamasında bildirib ki, ikinci nəşrdə mətnlərin toplanması və tərtibi zamanı elmi-tənqidi prinsiplər əsas götürülüb, şeirlərin janr bölgüsü dəqiqləşdirilib və indiyədək nəşrlərdə yer almayan nümunələr ilk dəfə oxucuya təqdim edilib.

Kitabda ustadnamə, qoşma, gəraylı, təcnis, cinas gəraylı, dodaqdəyməz təcnis, divani, müxəmməs, qəzəl, qıfılbənd və bağlamalar daxil olmaqla müxtəlif janrlarda şeirlər yer alır. Mətnlər aşıq poeziyasının struktur xüsusiyyətlərinə uyğun şəkildə 15 bölmədə sistemləşdirilib. Nəşrdə həmçinin Aşıq Alıya məxsus qıfılbənd bayatılar və təsniflər də ilk dəfə çap olunub.

400 səhifə həcmində, 500 tirajla çap edilən kitab İlham Qəhrəmanın “Könül işi” adlı ön sözü ilə açılır. Kitabda arxaik sözlərə, dini-mifoloji anlayışlara şərhlər verilib, cinaslar orijinal formasına uyğun bərpa edilib. Oxucu rahatlığı üçün nəşrin sonunda
“Sözlük” və “Lüğət” də yer alıb.Kitabın redaktoru Əsəd Cahangir, rəyçisi şair Telman Hüseyn, məsləhətçiləri isə Məhərrəm Qasımlı və Aşıq Nəbi Nağıyevdir. Nəşr geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir